Şabranda “Həyatların təhlükəsizliyi: İnsan Alverinə Son” layihəsi çərçivəsində tədbir keçirildi – FOTOLAR
“Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Həyatların təhlükəsizliyi: İnsan Alverinə Son” layihəsi çərçivəsində Şabran rayonunda Heydər Əliyev Mərkəzində tədbir keçirib.
QHT.az xəbər verir ki, layihənin məqsədi İnsan Alveri ilə dövlətimizin yeritdiyi siyasətə, gördüyü işlərə ictimai dəstək göstərməkdir.
“Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İB-inin sədri Mehriban Abdullayevanın verdiyi məlumata görə Şabran rayonunda həyata keçirilən layihədə İnsan alverinin qarşısının alınması məqsədi ilə müvafiq sosial təbəqələr üzrə, əsasən də gənclər arasında maarifləndirmə və təbliğat işinin təşkil edilməsilə baglı tədbir keçirilmişdir. İnsan alveri qurbanlarını gözləyən təhlükə, təmin edilən müdafiə tədbirləri, insan alverinə qarşı həyata keçirilən inzibati, cinayət-hüquqi və digər tədbirlər barədə məlumatlandırma işini haqqında tədbir iştirakçılarına məlumat verilmişdir.
Gənclərlə keçirilən tədbirdə gənclərə maarifləndirici materiallar paylanmışdır.
Məlumat üçün qeyd edək ki, “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İB-i bu günə qədər bir sıra uğurlu layihələr həyata keçirib.
Mənbə: Turkustan.Az