Buzovna bələdiyyə fəaliyyəti ilə bağlı buklet nəşr etdirib
Buzovna bələdiyyə fəaliyyəti ilə bağlı buklet nəşr etdirib
Xəzər
rayonu Buzovna bələdiyyəsi fəaliyyəti ilə
bağlı buklet nəşr etdirib. Bu barədə məlumat adıçəkilən bələdəyyədən daxil
olub.
Məlumatda
qeyd edilir ki, bukletdə Buzovna bələdiyyəsinin 2024-2025-ci il ərzində tərəfindən
yerli əhəmiyyətli müxtəlif məsələlərin həlli ilə bağlı həyata keçirilən bir
sıra tədbirlər barədə məlumat verilmişdir. Bukletə bələdiyyənin fəaliyyətinə həsr
olunan məlumat və fotoşəkillər daxill edilib.
Buzovna
bələdiyyəsinin iclasının qərarı ilə nəşr edilən hesabat xarakterli bukletin məqsədi
bələdiyyənin fəaliyyətini ictimailəşdirmək və seçicilərlə keçirilən görüşlərdə
təqdim etməkdir.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/