QHT Qəbələdə rayonunda keçirdiyi layihəni uğurla başa çatdırıb
QHT Qəbələdə rayonunda keçirdiyi layihəni uğurla başa çatdırıb
“”Bələdiyyələrin
fəaliyyətinin təbliği” İctimai birliyi
Azərbaycan Respublikası
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi
ilə növbəti layihənin icrasına yekun vurub” – bu fikirləri adıçəkilən
birliyin sədri Vüqar Tofiqli (Cəfərov) bildirib.
Qeyd
edək ki, “”Tarixi-mədəniyyət abidələrinin qorunması, mühafizəsi
və təbliğində bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi” adlanan
layihənin əsas məqsədi bələdiyyə ərazisindəki tarixi-mədəniyyət abidələrinin
qorunması, mühafizəsi və təbliğinin təşkilində bələdiyyələrin işinin səmərəli
qurulmasına nail olmaq
idi.
Sədr bildirib ki, layihə çəçivəsində Qəbələ rayonunda yeni seçilmiş bələdiyyə üzvləri və
qulluqçularının iştirakı ilə tarixi-mədəniyyət
abidələrinin qorunması, mühafizəsi və təbliği mövzusunda keçirilən görüşlər Mədəniyyət və Ədliyyə nazirliyinin nümayəndələrinin iştirakı ilə aparılıb. Altı bələdiyyədə -Qəbələ, Nohurqışlaq, Vəndam,
Zaragan, Nic və Mıxlıqovaq bələdiyyələrində qulluqçuların və yuxarıda adıçəkilən
qurumların rəsmilərinin iştirakı ilə keçirilən görüşlərdə ciddi fikir mübadiləsi
aparılmış, təkliflər səslənmiş, bir sıra abidələrə birgə baxış keçirilmişdir.
Bundan
başqa layihə çərçivəsində Qəbələ rayon ərazisində olan tarixi-mədəniyyət abidələri
haqqında sosial çarx da hazırlanıb. Video çarxa Milli Elmlər Akademiyasının Arxeologiya
və Antropologiya İnstitutunun dəyərli rəy
də verib. Hazırlanan sosial çarxın müasir texnologiyaların imkanlarından
istifadə edilərək internet resurslarında və sosial şəbəkələrdə yayımlanması da
nəzərdə tutulur.
Sədr
layihənin uğurla başa çatmasında göstərdiyi dəstəyə görə Ədliyyə və Mədəniyyət
Nazirliiynə, Qəbələ RİH-ə və Vəndam bələdiyyəsinə öz təşəkkürünü də bildirməyi unutmayıb.
“”Bələdiyyələrin
fəaliyyətinin təbliği” İctimai birliyi
Mənbə: Meneviyyat.Az/