İxdiyar Nəcəfov: “Altı ay ərzində büdcə gəlirlərində 17.5 faizlik artım müşahidə olunub”
İxdiyar Nəcəfov: “Altı ay ərzində büdcə gəlirlərində 17.5 faizlik artım müşahidə olunub”
“Suraxanı
rayonu Qaraçuxur bələdiyyəsi tərəfindən görülmüş işlərin əksəriyyəti təqvim
ilinin əvvəlində işlənib hazırlanmış və təsdiq olunmuş tədbirlər planına müvafiq olaraq yerinə yetirilmişdir” -bu
fikirləri adıçəkilən bələdiyyənin sədri İxdiyar Nəcəfov bildirib.
Sədri
sözlərinə görə, eyni zamanda iş prosesində gündəlik əhalinin müraciətləri
əsasında həlli vacib olan, eləcə də aidiyyatı idarə və müəssələrin tövsiyyəsi və
qarşılıqlı razılaşması əsasında yerinə yetirilmiş işlərdir.
İxdiyar
Nəcəfov qeyd edib ki, ötən altı ay ərzində əsasən quruculuq-abadlıq işləri,
sosial yönümlü işlər, məhəllədaxili yolların abadlaşdırılması, məhəllələrdə
abadlıq işlərinin aparılması, park və xiyabanlarda yaşıllıqların qorunması və
artırılması, inzibati ərazidə ekoloji
vəziyyətin yaxşılaşdırması eləcə də
bələdiyyənin balansında olan park və xiyabanların abadlıq, təmizlik, yaşıllaşdırma və yeni ağac tinglərinin əkilməsi işləri
yerinə yetirilmişdir
Bələdiyyə
iclaslarının gedişinə toxunan sədr qeyd edib ki, cari ilin altı ay ərzində
Qaraçuxur bələdiyyəsinin 9 ümumi iclası keçirilmişdir. İclasların gündəliyinə 35 məsələ salınmışdır. Həmin
məsələlər əsasən təşkilatı, büdcə, sosial maliyyə, təmir-tikinti, abadlaşdırma
və sair məsələlər olmuşdur.
Sədr
bələdiyyənin 2025-ci ilin altı ayı ərzində görülən işlərin bəzilərini xüsusi
olaraq diqqətə çatdırmağə unutmayıb:
1. 31
saylı Suraxanı ikinci DSK-nın seçki məntəqələrinə gedən yollara asfalt
örtüyünün çəkilməsi.
2.
Yeni Günəşli “AB” yaşayış sahəsi, bina 38 ünvanda məhəllədaxili yollarda asfalt
örtüyünün çəkilməsi;
3.
Bələdiyyənin inzibati binasında otaqların təmir işlərin görülməsi və bələdiyyə
qulluqçuların normal fəaliyyəti üçün ofis
mebellərin alınması;
4.
Qaraçuxur qəsəbəsi, Qurban Abbasov küçəsi (Mədən 4) ünvanında və 7-ci Qaraçuxur küçəsində məhəllədaxili
yollarda asfalt örtüyünün çəkilməsi, habelə Vağzal küçəsindən üzü Xalqlar
Dostluğu istiqamətinə gedən yol boyu və
Qaraçuxur-Zığ yolunda yol boyu çəkilmiş hasarda cari təmir işlərinin
aparılması;
5.
Bələdiyyənin inzibati ərazisində yaşayan az təminatlı və imkansız sakinlərə,
həmçinin qazi və şəhid ailələrinə Qurban paylarının verilməsi;
6.
Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi 4 ünvanda Xocalı şəhidi Musayev İlqar
Vaqif oğlu adına və “Şərq” yaşayış sahəsi 2704
ünvanda şəhid Həsənov Elçin Əvəz oğlu adına bulağın tikilməsi,
barelyefin quraşdırılması və ətrafın abadlaşdırılması, Ramil Babayev küçəsində
isə şəhid Babayev Ramil Taqət oğlu adına barelyefin quraşdırılması.
Açıqlamasında
sədr qeyd edib ki, yerli vergi və ödənişlərin toplanması məsələsində vergi
ödəyiciləri ilə münasibətlərin qurulması və təbliğat işinin gücləndirilməsi
hesabına ötən 6 ay ərzində bələdiyyə büdcəsinə toplanan vəsaitin həcmi 216.020
manat, xərclər isə 209.174 manat təşkil etmişdir.
İxdiyar
Nəcəfov sakinlərin maarifləndirilməsinin
vergi yığımının artmasında mühüm təsiri olduğunu bildirib.
Qeyd
edək ki, 2024-cü ilin altı ay ərzində büdcə gəlirlərinin həcmi 183.779 manat
təşkil etmişdir.
Suraxanı RİH -in daim dəstəyini hiss etdiklərini qeyd edən
sədr, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ildə büdcə gəlirlərində 17.5 faiz artımın müşahidə edildiyini bildirib.
Bu
əsasən əmlak və torpaq vergisindən əldə olunan olan gəlirlərdir. Büdcə gəlirlərinin artımında sözsüz ki,
BAMS-ın ƏMDX-nin məlumat sisteminə inteqrasiya edilməsinin, o cümlədən SMS
xidmətinin istifadəyə verilməsinin əhəmiyyətli rolu olub.
Sədr
əvvəlki illərlə müqayisədə dayanacaqlara görə yerli büdcəyə ödənilməli olan
ödənişlərin azaldığını qeyd edib. Bu azalmaların həm obyektiv, həm də subyektiv
səbəblərdən olduğunu qeyd edən sədr
vergi xidmətinə həmin sahələrdə
işləri daha da gücləndirməyi, aidiyyatı
üzrə qanunvericilik tələblərini geniş izah etməyi tövsiyyə edib.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/