Əsas məqsədimiz qarşımıza qoyduğumuz vəzifələri layiqincə yerinə yetirməkdir
Əsas məqsədimiz qarşımıza qoyduğumuz vəzifələri layiqincə yerinə yetirməkdir
Üçüncü Minilliyin ilk
başlanqıcından Azərbaycan Respubliksında müstəqil dövlətin və cəmiyyətin
ictimai-siyasi, sosial-iqtisadi inkişaf və nəzəri-ideoloji program xətti
sayılan Konstitusiyasına uyğun olaraq Demokratik İnkişaf və Vətəndaş cəmiyyəti
quruculuğunun ilkin özəyi hesab edilən yerli özünüidarələrin bələdiyyə seçkiləri
əsasında hüquqi statusu və maddi əsaslarının qoyulması ölkənin gələcək
inkişafında demokratik prinsiplərin tətbiqi işinə ən böyük tövhəsini verdi. Belə
ki, zaman keçdikcə, 25 il bir müddət ərzində Azərbaycan Respublikasının Prezidenti
tərəfindən mütəmadi olaraq, demokratik hüquqi dövlət quruculuğu atributlarından
biri kimi demokratik düşüncəli, yaradıcı və qurucu ziyalılarının bələdiyyə üzvü
seçilməklə və peşəkar bələdiyyə qulluqçularının yetişdirilməklə yerli özünüidarəetmə
stukturunun formalaşması və eyni zamanda inkişaf etdirilməsi təmin olundu.Təbii
ki, bələdiyyələr də öz növbəsində, cəmiyyətin xidmətində durmaqla, Dövlətin
etibarını və cəmiyyətin diqqətini və etimadını qazana bildilər. Belə ki, yerli
özünüidarələr Azərbaycan Respublikasında dövlət və yerli proqramlarının yerinə yetirilməsində və cəmiyyət quruculuğu
prosesində fəal iştirak etməklə yanaşı, həm də
Ulu Öndər Heydər Əliyevin təbirincə desək; “dövlətin qarşısında duran vəzifələrin bir qismini bələdiyyələr öz
üzərinə götürməklə, ölkəmizin inkişafında çox böyük rol oynadılar”. Artıq vəzifə
və səlahiyyətlərinə aid edilən işin məsuliyyəti baxımından yerli özünüidarələr
yerli icra orqanları ilə çiyin-çiyinə verərək, öz fəaliyyətləri ilə vətəndaşların
xidmətində durmaqla, müəyyən yerli əhəmiyyətli məsələlərin və ya yerli problemlərin
həllində, eləcə də dövlət tərəfindən həyata keçirilməsi bir vəzifə olaraq
qarşıya qoyulmuş sosial-iqtisadi inkişaf
Proqramlarının, dövlət əhəmiyyətli məqsəd və tədbirlərin yerinə yetirilməsində
birlikdə çalışaraq, qarşılarında duran vəzifələrin həyata keçirilməsinə nail
olurlar. Bu qəbildən ölkə üzrə inkişafını və ümumi iş fəaliyyətini mövcud Dövlət
Qanunvericiliyinin tələbləri əsasında quran
Maştağa bələdiyyəsi də öz fəaliyyətini bələdiyyə iclasları əsasında quraraq, yerli
Proqramlara, İllik Planlara və bələdiyyə qərarlarına uyğun şəkildə müəyyənləşdirib
və maliyyə əsaslarını təşkil edən Yerli büdcə gəlirləri və xərcləri üzrə iş
prinsipini qurmuş və əsas fəaliyyətini formalaşdırmaqla, öz üzərinə düşən vəzifələri
ötən beşilliklərdə olduğu kimi, eləcə də cari beşilliyin birinci ilinin
başlanğıcından başlayaraq, yerli özünüidarəetmələrə verilən hüquq və səlahiyyətləri
daxilində yerinə yetirməkdədir.
Bu məqsədlə 2025-ci ilin birinci altıaylıq müddətində
Maştağa bələdiyyəsi inzibati ərazsində vergitutma obyektləri və digər gəlir mənbələrindən
Yerli büdcə gəlirləri üzrə qarşıya qoyduğu tələb və öhdəliklərin yerinə
yetirilməsi nəticəsində yerli əhəmiyyətli məsələ və yerli problemlərin həlli ilə
bağlı vətəndaş müraciətlətin təmin
olunmasını, eləcə də sakinlərin sosial müdafiəsi və təminatı ilə bələdiyyənin
yerli sosial- iqtisadi inkişaf quruculuğundakı iştirakını fəal təşkil edərək,
yerli özünüidarəetmənin yarımillik fəaliyyətini və xidmətini səmərəli şəkildə
qurmağa təşəbbüs göstərmişdir.
Deyilənlərə əsas olaraq, aşağıda təqdim edəcəyimiz
cari yarımillik müddət ərzində – 2025-ci ilin yanvarından – 01 iyul ayı tarixinə
qədər dövrü əhatə edən Yerli Büdcə gəlirləri və xərcləri üzrə maliyyə hesabatı
Maştağa bələdiyyəsinin ümumi fəaliyyəti və xidmətləri haqqında kifayət qədər təsəvvür
yarada bilər.
Belə ki, ilk növbədə ötən ildən yeni təqvim ilinə
maliyyə qalığı cəmi – 6684 manat məbləğdə olmaqla, 2025-ci ilin birinci altıaylığında Maştağa bələdiyyəsinin
inzibati ərazisində mövcud vergitutma
obyektləri və digər gəlir mənbələri
Yerli büdcəyə maliyyə vəsaitlərinin mədaxili
aşağıdakı gəlir istiqamətləri və gəlir normativləri ilə daxil olmuşdur.
Belə ki, vergilərdən daxil olmaların ümumi yekunu –
183387 manat məbləğdə olmaqla ;
o cümlədən,
1.1 fiziki şəxslərdən torpaq vergisi – 39782
manat ;
1.2 fiziki şəxslərdən əmlak vergisi – 143604
manat;
2. Vergi olmayan gəlirlərdən daxil olmaların ümumi yekunu isə –
42647 manat məbləğdə olmaqla ;
o cümlədən,
2.3 bələdiyyələr tərəfindən
xüsusi ayrılmış torpaq sahəsində stasionar və ya səyyar ticarət və digər xidmətlərə
görə ödənişlərin cəmi – 18588 manat;
2.6.4 torpaq icarəsindən
yekun cəmi – 14481 manat məbləğdə ;
2.9 Digər (ritual xidmət
üzrə) gəlirlər cəmi – 9578 manat məbləğdə hesablanılmaqla, yarımillik hesabat
dövründə Yerli büdcənin ümumi mədaxilinin yekun cəmi – 226.035 manat məbləğdə
(üstəgəl əlavə cari ilə maliyyə qalığı – 6684,25 manat ) maliyyə vəsaiti təşkil
etmişdir. Eyni zamanda, Yerli büdcənin bu
gəlirlərinin müqabilində cari ilin hesabat dövründə büdcə xərcləri təsnifatı
üzrə yerli büdcə xərclərinin yekun cəmi– 203.428 manat məbləğdə təşkil
olunmaqla və həmçinin 2-ci altıaylıq mərhələyə – 01.07.2025-ci tarixə – 29.290
manat məbləğdə maliyyə qalığı ilə keçməklə, Maştağa bələdiyyəsi birinci
yarımilliyi başa vurmuşdur.
Belə ki, bələdiyyə ərazisində
yerli gəlirtutma obyektləri və gəlir mənbələrindən mədaxil olunan gəlirlər əsasında
yerli özünüidarəetmənin ümumi fəaliyyəti ilə bağlı görülmüş işlər haqqında, o
cümlədən, maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi, həmçinin
Yerli büdcənin icrası ilə əlaqədar 2025-ci ilin hesabat dövründə yerli büdcə xərclərini
konkret xərc istiqamətləri və onlara müvafiq xərc normativləri ilə təsnifatın hər
iki bölməsini müvafiq ardıcıllıqla təqdim etməklə, aşağıdakı Maştağa bələdiyyəsinin
yarımillik maliyyə hesabatı aşağıdakı qayda üzrə Yerli büdcə xərclərini təşkil
etmişdir. O cümlədən,
1. Yerli özünüidarəetmə
orqanının saxlanması xərcləri üzrə yekun cəmi – 134738,61 manat məbləğdə
olunmaqla ;
o cümlədən,
1.1 Əməyin ödənişinə cəmi
– 110400 manat məbləğdə ;
1.1.1 Əmək haqqına –
92492 manat ;
1.1.2 Əmək haqqına üstəlik
– 17906 manat ;
o cümlədən,
– Məcburi dövlət sığorta haqqı üçün – 15609 manat ;
– İşsizlikdən sığorta haqqı üçün – 458 manat ;
– İcbari tibbi sığorta haqqı üçün – 1839 manat ;
1.2 Malların alınması və
xidmətlərin haqqının ödənilməsi – 3837 manat məbləğdə ;
o cümlədən,
1.2.1 Təsərrüfat məqsədləri üçün malların,
inventar və avadanlıqların (6 ədəd stol – 601,08 manat məbləğdə ), dəftərxana ləvazimatı
(hesabat dövrü müddətində – 1074,75 manat məbləğdə), yanacaq sürtkü
materiallarının alınmasına ümumi cəmi – 1675,83 manat ;
1.2.2 Kommunal və kommunikasiya xidmətlərinin ödənilməsinə
ümumi cəmi – 2161,07 manat ;
o cümlədən,
– elektrik enerji haqqı üçün – 1030 manat ;
– qaz-istilik
enerji haqqı üçün – 368 manat ;
– telefon,
abunə və internet haqqı üçün – 762 manat ;
1.3.3 Sair xərclər – 20502 manat məbləğdə ;
o cümlədən,
– Assosiasiyaya
köçürmə – 1050 manat ;
– Azərbaycan
Milli Ordusuna köçürmə – 1200 manat ;
– Büllüten
üçün – 436 manat ;
– İcbari
(işçi) sığortası üçün – 359 manat ;
– Bank,
poçt və sair xidmət haqqı (onlayn əmlak siyahısı üçün) – 10414 manat ;
– Qəzet
abunə haqqı – 1468 manat ;
– Marka
və zərflərin alınmasına – 400 manat ;
– Printerin
alınması və katriclərin doldurulmasına – 720 manat ;
– İnzibati
binanın icarə haqqı – 2600 manat ;
– Audit
xidməti haqqı – 1800manat ;
– Ödənişin
geri qaytarılması – 54 manat məbləğlərdə hesablanılaraq, eyni zamanda, büdcə xərcləri
təsnifatının ikinci bölməsi üzrə isə,
2. Yerli sosial müdafiə və təminat, sosial inkişaf
proqramlarının maliyyələşdirilməsinə çəkilmiş xərclərin yekun cəmi – 66.325
manat məbləğdə təşkil edilməklə,
o cümlədən,
1.4 Sosial
yardımlar üzrə cəmi – 8295 (Qurban bayramı münasibətilə – 6300; 8 Mart Beynəlxalq
Qadınlar günü ilə əlaqədar – 600 ; yerli sakinlərin sosial müdafiəsinin təşkili
məqsədilə – 1394 ) manat ;
1.5 Əhalinin
aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə
yardım göstərilməsi üzrə cəmi – 700 manat ;
1.6 Qəbiristanlıqların
saxlanılması və idarə olunması xərclərinin cəmi – 1600 manat ;
2.8 Bələdiyyə (yerli əhəmiyyətli, məhəllədaxili)
yollarının saxlanılması üzrə (kollektiv vətəndaş müraciətlərinin təmin olunması
məqsədilə bələdiyyə sifarişi – podrat müqavilə əsasında) çəkilən xərclərin cəmi
– 55.110 manat;
2.9 Abadlaşdırma ( şəhid Kərim Eldarovun məzarının təmir
– bərpası və məzarətrafı abadlıq işləri ) üzrə xərclər – 620,00 manat ;
5. Ətraf mühitin mühafizəsi xərcləri – 1225 manat ;
7. Digər xərclər – 1140 manat
məbləğlərdə büdcə təsnifatının müəyyən xərc istiqamətləri
üzrə Yerli büdcədən müvafiq maliyyə vəsaitləri ayırmaqla, təyinatı məqsədlərə xərc
olunmuşdur.
Bununla belə, eyni zamanda, 2025-ci ilin birinci
altıaylıq hesabat dövründə Maştağa bələdiyyəsinə yerli əhəmiyyətli məsələ və
yerli problemlərin həlli ilə əlaqədar, həmçinin digər mövzu və sorğular barədə
daxil olan məktub və müraciətlər cari ilin birinci yarımillik müddətdə yerli
özünüidarənin poçtundan müvafiq və yerli icra orqanı, idarə və təşkilatlardan gələn
137 məktub daxil olmuş, həmçinin fərdi və kollektiv şəkildə vətəndaşlardan
yazılı şəkildə 440 ərizə və müraciət
qeydiyyatdan keçmiş və bələdiyyə sədri və onun müavinləri tərəfindən şifahi
olaraq, 1375 nəfər vətəndaş qəbulu həyata keçirilmişdir.
Maştağa bələdiyyəsinin cari ilin yarımillik dövrü üçün
bələdiyyə fəaliyyəti ilə bağlı görülən işləri, maliyyə vəsaitlərinin və bələdiyyə
mülkiyyətinin istifadəsini əsaslandıran Yerli büdcə icrası haqqında hesabat bələdiyyənin
14 iyul 2025-ci il tarixli İclasının
(12№li protokolu üzrə) 1.1. və 1.2. saylı qərarları ilə təsdiqi
olunmuşdur.
Bununla da, Maştağa bələdiyyəsi 2025-ci ilin I altıaylığı dövründə yerli büdcə gəlir və xərclərinə
uyğun və illik əsas iş planına əsasən eyni zamanda, vətəndaş müraciətlərinin təmin
olunması üzrə fəaliyyəti haqqında hesabatını
yekunlaşdırıb, cari ilin 01 iyul ayına – II yarımillik dövrə – 29290
manat məbləğdə maliyyə qalığı ilə keçərək, növbəti mərhələdə də üzərinə düşən vəzifə
və öhdəlikləri üzrə yerli əhəmiyyətli məsələlərin və yerli problemlərin həllini
bir qayda olaraq, davam etdirməyə başlamışdır.
Odur ki, əsas məqsədimiz qarşımıza qoyduğumuz vəzifələri
layiqincə yerinə yetirməkdir. Maştaga bələdiyyəsinin kollektivinin bütün üzvləri
fəaliyyəti məhz bu məqəsdin icrasına yönəlib.
Mikayıl Məmmədov
Sabunçu rayonu Maştağa bələdiyyəsinin sədri
Mənbə: Meneviyyat.Az/