BƏLƏDİYYƏ

Ziya Əhmədov: “Bu gün əsas məqsədimiz sakinlərə verdiyimiz sözü vaxtında tutmaqdır”

Ziya Əhmədov: “Bu gün əsas məqsədimiz sakinlərə verdiyimiz sözü vaxtında tutmaqdır”

“Bu
gün əsas məqsədimiz sakinlərə verdiyimiz sözü tutmaqdır. Bunun üçün kollektivin
bütün üzvləri  var qüvvəsi ilə çalışır” –
bu fikirləri Belediyye.infoya Ağsu rayonu Bico bələdiyyəsinin sədri Ziya Əhmədov
deyib.

Sədrin
sözlərinə görə, bələdiyyə ərazisinə daxil olan Bico kəndində məhgəllədaxili  yollarda ciddi təmir işlərini davam etdirib.
Sakinlərin maliyyə dəstəyi və bələdiyyənin təşkilatçılğı ilə kəndin ərazisində  bir neçə küçəyə asfalt  vurulub.

Sədr
bildirib ki, bələdiyyənin həyata keçirdiyi bu layihənin icrasını sakinlər
razılıqla qarşılamışlar.

Ziya
Əhmədov bildirib ki, hər bir layihənin icrasında vətəndaşların dəstəyinə
ehtiyac olduğunu qeyd edib. Bu gün bələdiyyənin əhatə etdiyi  kənd ərazisində aparılacaq abadlıq işləri
üçün maliyyə dəstəyinin  onların ödəyəcəyi
vergiyə bağlı olduğunu diqqətə çatdırıb.

 Sədr daha sonra qeyd edib ki, vətəndaşların ödəməli
olduqları torpaq, əmlak və digər vergilərin vaxtında ödənilməsi nəticə etibari
ilə layihələrin icrasını sürətləndirir. Bununla yanaşı sədr bələdiyyə
torpaqlarından səmərəli istifadə edilməsini tövsiyyə edib.

Belediyye.info


Mənbə: Meneviyyat.Az/