Əlfəddin Həsənov: “Bələdiyyənin büdcə gəlirlərinin artması seçicinin qaldırdığı problemlərin həlli deməkdir”
Əlfəddin Həsənov: “Bələdiyyənin büdcə gəlirlərinin artması seçicinin qaldırdığı problemlərin həlli deməkdir”
“Sabunçu bələdiyyəsi olaraq daim rayon icra hakimiyyətin dəstəyini
hiss edirik. Keçirilən səyyar görüşlərdə rayon ərazisində fəaliyyət göstərən bələdiyyələrin
hər birinə icra başçısı Adil Vəliyev
xüsusi diqqət göstərir, ən əsası
səyyar görüşə gələn vətəndaşı seçkili orqan olan bələdiyyənin fəaliyyətinə dəstək
göstərməyə, habelə vergiləri vaxtında ödəməyi
tövsiyə edir. RİH-in bu münasibəti bizim fəaliyyətimizə əlavə stimul verir” –
bu fikirləri bələdiyyə qulluqçularının və
”Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar
Tofiqlinin iştirakı ilə keçirilən görüşdə
adıçəkilən bələdiyyənin sədri Əlfəddin Həsənov bildirib.
Sədr görüşdə qeyd edib ki, Sabunçu bələdiyyəsinə müraciət edən
hər bir şəxs heç bir halda buradan narazı getmir. Çünki kollektivin hər bir
üzvü vətəndaşı dinləyərək, onu narahat edən məsələnin həlli ilə bağlı öz təklifini
verir. Bələdiyyədən asılı olanlar öz həllini tapır, müzakirəsi tələb olunan məsələlər bələdiyyə iclasının gündəliyinə salınır, bələdiyyədən
asılı olmayanlar isə baxılması üçün digər orqanlara
istiqamətləndirilir. Hətta
bələdiyyənin rəsmiləri həmin orqanların rəhbərləri əlaqə saxlayaraq vətəndaşın
problemini elə öz yanındaca izahın verir. Sabunçu bələdiyyəsi vətəndaşa xidmətdən
yorulmur və kollektivin hər bir üzvü bunu öz vəzifəsi hesab edir. Məhz göstərilən bu diqqət və qayğının nəticəsidir
ki, keçirilən səyyaq görüşlərdə bələdiyyələrlə bağlı suallara az rast gəlinir.
Üstəlik, bələdiyyənin inzibati binasının foyesində geniş bir
məlumat lövhəsi asılıb. Lövhəyə diqqət yetirən hər bir sakin həm fəaliyyətimizlə
yaxından tanış ola bilir, həm kimə müraciət etməli olduğu müəyyən edir, həm də
bir çox hallarda öz suallarına cavab tapa bilir.
Sədr
görüşdə onu da əlavə etdi ki, məlumat lövhəsindəki elan və məlumatlar
mütəmadi olaraq yenilənir, qanunlara edilən dəyişikliklər və digər məqamlar
lövhədə öz əksini tapır.
Sədrin
sözlərinə görə, hazırda bələdiyyənin
vergi xidməti əməkdaşlarının əsas vəzifəsi ərazidəki vergi ödəyiciləri
haqqında məlumatları dəqiqləşdirməklə BAMS-ın yaratdığı imkandan ən yüksək
səviyyədə istifadə etməyə yönəlib.
SMS
xidmətindən ilk istifadə edənlər sırasında olan Sabunçu bələdiyyəsinin BAMS-ın
Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat
bazasına inteqrasiya edilməsi nəticəsində büdcə gəlirlərində artım
müşahidə edilməkdədir. Ötən ilin altı ayı ilə müqayisədə cari ildə büdcə daxilolmalarında
20 min manata yaxın artım müşahidə
olunub. Ötən ilin birinci yarısında ay ərzində
12-15 min manata yaxın büdcə gəliri olduğu halda,
cari ildə bu rəqəm artıq 17-19 min manatı keçib.
Sədr bildirib ki, bələdiyyə ilk olaraq hələ 2020-ci ildə SMS
xidmətindən istifadə etməyə başlayıb.
Bu gün kollektivin qarşısında dayanan əsas vəzifə seçicilərin
qaldırdığı problemlərin həllinə nail olmaqdır. Problemlərin həlli isə büdcə gəlirlərinin
səviyyəsindən asılıdır. Bələdiyyənin
büdcə gəlirlərinin artması, əslində,
elə seçicinin qaldırdığı problemlərin həlli deməkdir.
Belə
ki, bələdiyyənin büdcə gəlirləri 2019-ci ildə 78 min manat olmuşdursa, bu göstərici
ilbəil artaraq 2024-cü ilin 220 min manata çatdırılmışdır. Bu illər ərzində
bələdiyyənin ən böyük uğuru isə 2020-ci ilədək bələdiyyənin əvvəl ki illərdən
yığılıb qalmış 90 min manatlıq DSMF
borcu borcu bağlanmasını hesab etmək olar.
Sədr
bildirib ki, yerli büdcənin gəlirlərinin artımının, davamlılığın və şəffaflığın
təmin edilməsi məqsədi ilə mütəmadi olaraq vətəndaşlarla görüşlər keçirilir, vergi
xidməti əməkdaşları tərəfindən həm də bu
görüşlərdə onlarla maarifləndirmə və təşviqat işləri aparılır.
Qeyd
edək ki, görüşdə iştirak edən sədr müavini Çingiz Vəlizadə, baş mühasib Bəşarət Qurbanov, mühasiblər Səyyarə Əliyeva və Rəhiməxanım Atayeva, habelə “Bələdiyyələrin fəaliyyətinin
təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli də müzakirə edilən mövzu ətrafında
öz fikir və mülahizələrini bildiriblər.
Xatırladaq
ki, Sabunçu bələdiyyəsinin 15 üzvü var.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/