KRİMİNAL

Qaxda 13 yaşlı qıza təcavüz olunub – Bir neçə nəfər saxlanıldı

Sosial şəbəkələrdə Qax rayonunun kəndlərindən birində 13 yaşlı qıza qarşı təcavüz edilməsi ilə bağlı məlumatlar yayılıb.

Turkustan.az xəbər verir ki, iddialarda sözügedən hadisə ilə bağlı 30-dan çox çox şəxsin saxlanıldığı, bir neçə nəfərin ölkədən qaçdığı, hətta aralarında vəzifəli adamların olduğu da vurğulanıb.

Məsələ ilə bağlı “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə azyaşlının təcavizə məruz qaldığını təsdiqləyib: “Zərərçəkmiş uşaq baş verənləri valideynlərinə özü danışıb.

Təcavüz faktı təsdiqlənib və artıq bir neçə nəfər saxlanılıb”. /bakupost.az/









Mənbə: Turkustan.Az