Qazaxıstan klubu tarixində ilk dəfə Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb
Qazaxıstanın “Kayrat” klubu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb.
“
Qlazqoda keçirilən ilk görüşdə qolsuz heç-heçə qeydə alınıb. Cavab matçının əsas və əlavə vaxtında da hesab açılmadığından qalibi müəyyən etmək üçün penaltilar seriyasına ehtiyac duyulub.
Burada daha dəqiq oynayan “Kayrat” (3:2) qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsinə yüksəlib.
Qeyd edək ki, daha əvvəl Qazaxıstan klublarından turnirin pley-offunu keçmək (2015/2016) “Astana”ya müyəssər olmuşdu.
Mənbə: Report.Az