DÜNYA

Cammuda torpaq sürüşməsi azı 30 nəfərin ölümünə səbəb olub

Güclü yağış Cammuda torpaq sürüşməsinə səbəb olub, azı 30 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə ANI agentliyi məlumat yayıb.

Sürüşmə zəvvarlar arasında məşhur olan Vayşno Devi ziyarətgahı yaxınlığında baş verib.

“Bölgədə rabitə ciddi şəkildə pozulub. Telekommunikasiya xidmətləri demək olar ki, yoxdur”, – ərazinin baş naziri Ömər Abdullah bildirib.

Bir həftə əvvəl Kəşmir ərazisində yerləşən Kiştvarda əlverişsiz hava şəraiti səbəbindən 60 nəfər həlak olub, təxminən 200 nəfər itkin düşüb.

Mənbə: Report.Az