BƏLƏDİYYƏ

Xəzərin Sumqayıt sahilində təmizlik aksiyası keçirildi

Xəzərin Sumqayıt sahilində təmizlik aksiyası keçirildi

12 avqust 2006 – cı il tarixində “Xəzər dənizinin dəniz ətraf
mühitinin mühafizəsi” haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən
sonra hər il 12 avqust Azərbaycanda “Xəzər günü” kimi qeyd olunur.

Elə bu məqsədlə Sumqayıt Şəhər İcra Hakimiyyətinin, Sumqayıt
Bələdiyyəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli qurumların, müəssisə
və təşkilatların iştirakı ilə Sumqayıt şəhərinin dəniz sahillərində təmizlik,
iməcilik işləri aparılıb. Ərazi məişət tullantılarından təmizlənərək, mədəni
istirahət üçün əlverişli vəziyyətə gətirilib.

Əhaliyə dəniz kənarında istirahət edərkən tullantıları sahilə
atmamaları, ərazinin təmizliyinə həssas yanaşmaları tövsiyə olunub.

Sumqayıt bələdiyyəsi


Mənbə: Meneviyyat.Az/