DÜNYA

TBMM sədri: Fələstin məsələsi türk milləti üçün milli məsələdir

Fələstində yaşanan zülmü sonlandırmaq boynumuzun borcudur.

“Report” Türkiyə Böyük Millət Məclisinin (TBMM) saytına istinadən xəbər verir ki, bunu TBMM sədri Numan Kurtulmuş “Zəfər həftəsi” çərçivəsində Afyonkarahisar şəhərində təşkil olunan tədbirdə çıxışı zamanı deyib.

TBMM sədri türk millətinin sadəcə özünü düşünən bir millət olmadığını, buna görə də Fələstində yaşananlara səs çıxardığını qeyd edib.

“Bu zülmü sonlandırmaq milətimizin boynunun borcudur. Bəziləri deyir ki, Fələstinin, Qəzzanın bizə nə dəxli var. Çox açıq deyirəm: Fələstin məsələsi türk milləti üçün milli məsələdir”, – N.Kurtulmuş vurğulayıb.

Mənbə: Report.Az