Qarabağ”ın futbolçusu: “Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik
“Qarabağ” qələbə üçün əlindən gələni edəcək.
“Report” xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Ferentsvaroş”a (Macarıstan) qarşı keçirəcəkləri cavab matçından öncə mətbuat konfransında deyib.
Futbolçu Bakıdakı görüşdə də qələbə qazanacaqlarına inanır:
“Tam şəkildə sabahkı matçda hazırıq. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Cavab oyununa daha sakit yanaşırıq. Sabah komanda şəklində daha soyuqqanlı olmağa çalışacağıq”.
Qeyd edək ki, “Qarabağ” – “Ferentsvaroş” matçı avqustun 27-də, saat 20:45-də start götürəcək. Komandalar arasında Macarıstanda baş tutan ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.
Mənbə: Report.Az