BƏLƏDİYYƏ

Özünüzü yığışdırın, ayıbdır!!! CİDDİ

Özünüzü yığışdırın, ayıbdır!!! CİDDİ

Bu gün bələdiyyə sisteminin nüfuzunun
lazimi səviyyədə olmamasının bir səbəbi də bəzi bələdiyyə sədrlərinin yerində
olmamasıdır. Söhbət ondan gedir ki, sədr həm də icra aparatının rəhbəridir, yəni
sayından asılı olmayaraq bələdiyyə qulluqçularının fəaliyyətini tənzimləyir, bələdiyyənin
başlıca vəzifəsi kimi vətəndaş məmnunluğunun təmin edilməsinə həm də məsuliyyət
daşıyır.

Bu
gün  hansı səbəbdən  bələdiyyə sədri xanımların oturduğu otaga səsyazan
kamera quraşdırmaq niyyətində olur, digər tərəfdən bütün qulluqçulardan işdən
çıxmaq üçün ərizə tələb edir, habelə bələdiyyə qulluqçuları arasında “intriqa”
yaratmağa səy göstərməklə yanaşı, həm də siyasi rəhbərə xoş getmək üçün  vaxt tapıb ərazidə “söküntü”  işləri həyata keçirir. Hələ bu azmış kim qonşu
bələdiyyənin ərazisində də bu işləri həyata keçirməkdən sanki zövq alır. Sən bələdiyyə
sədrisən, ya “RJU” işçisi və yaxud “Jek” müdiri.

Bu gün
heç o sahədə çalışanlar bu addımı atmırlar. Nə qədər səviyyəsiz olasan ki,
gedib qonşu bələdiyyənin ərazisində  vaxtını “söküntü” aparmaqla keçirəsən. Adını soruşanda
başqa ad deyəsən. Ayıbdır, vallah.

Sədrin
tapşırıgı ilə qonşu bələdiyyənin ərazisində vergi yığıb aradan çıxanları
gördük, əlində süpürgə küçə süpürən sədri də gördük, ancaq işini gücünü atıb
siyasi rəhbərə xoş getmək üçün qonşu bələdiyyənin ərazisində qanunsuz tikintilərin
söküntüsü ilə məşğul olan sədri birinci dəfə idi ki, həm eşidir, həm də
görürdük.

Təkrar
edirəm, ayıbdır. Bu şərəfsiz addımınızla digər 684 sədri urvatsız etməyin.
Özünüzü yığışdırın, öz işinizlə məşğul olun. Seçkili orqanın rəhbəri olaraq heç
olmasa oturduğunuz kresloya hörmət edin.

P.S. Növbəti
dəfə adbaad yazılacaq və əldə etdiyim görüntülər paylaşılacaq. Konkret. 

Vüqar Tofiqli 

Mənbə: Meneviyyat.Az/