“Fiorentina” “Kalyari”nin hücumçusunu transfer edib
İtaliyanın “Fiorentina” klubu A Seriyasının digər təmsilçisi “Kalyari”nin hücumçusu Roberto Pikkolini transfer edib.
“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı italiyalı ön xətt oyunçusu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, R.Pikkoli 2024/2025 mövsümündə “Kalyari”də icarə əsasında oynayıb. Ötən ay isə Kalyari təmsilçisi futbolçunu birdəfəlik transfer edib. O, ötən mövsüm meydana çıxdığı 40 matçda 11 qola və 4 məhsuldar ötürməyə imza atıb.
Mənbə: Report.Az