Dağıstanda zəlzələ olub
Dağıstanda 3,4 maqnitudalı zəlzələ baş verib.
Bu barədə “Report” Rusiya KİV-inə istinadən xəbər verir.
İlkin məlumatlara görə, ölən və dağıntı yoxdur.
“Moskva vaxtı ilə saat 9:30-da (Bakı vaxtı ilə 10:30) Rusiya Elmlər Akademiyasının Dağıstan Geofizika Xidmətinin növbətçi mütəxəssisindən daxil olan məlumata əsasən, saat 8:34-də (Bakı vaxtı ilə 9:34) Karabudaxkent rayonunda hava limanı ərazisində 2 km dərinlikdə 3,4 maqnitudalı zəlzələ baş verib”, – məlumatda deyilir.
Yeraltı təkanlar yerin səthində hiss olunmayıb.
Sosial təyinatlı obyektlər ştat rejimdə işləyir.
Karabudaxkent rayonu ərazisində, Kaspiysk şəhərindən 4,5 km və Mahaçqalanın ən yaxın mikrorayonundan 16,2 km məsafədə “Mahaçqala” (Uytaş) beynəlxalq hava limanı yerləşir.
Mənbə: Report.Az