İDMAN

Bundesliqa klubu Yaponiya millisinin futbolçusunu icarəyə götürüb

Almaniya Bundesliqası təmsilçisi “Verder” İngitərənin “Sautqempton” kollektivinin futbolçusu Yukinari Suqavaranı icarəyə götürüb.

“Report” xəbər verir ki, bu barədə “ağ-yaşıllar”ın mətbuat xidməti məlumat yayıb.

Yaponiya millisinin sağ cinah müdafiəçisi qarşıdakı bir mövsüm ərzində “Verder”in şərəfini qoruyacaq.

Qeyd edək ki, Suqavara ötən mövsüm bütün yarışlarda 32 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Mənbə: Report.Az