İDMAN

Azərbaycan karateçiləri “Marmara Cup”da birinci yeri tutublar

Azərbaycan karateçiləri “Marmara Cup” beynəlxalq turnirində komanda hesabında birinci yeri tutublar

Azərbaycan karateçiləri Türkiyədə keçirilən “Marmara Cup” beynəlxalq turnirində böyük uğura imza atıblar. Yarışda ölkəmizi təmsil edən idmançılar yüksək nəticələr göstərərək ümumi medal sıralamasında (uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında) birinci yeri tutublar.

Milli komanda üzvlərimizin nəticəsi:
-50 kq – Fatimə Cəbrayılova, bürünc medal;
-55 kq – Mədinə Sadıqova, gümüş medal;
-55 kq – Nəzrin Piriyeva, bürünc medal;
-60 kq – Fərid Savadov, qızıl medal;
-60 kq – Fariz Şahbazov, gümüş medal;
-67 kq – Nuran Rzazadə, qızıl medal;
-67 kq – Hüseyn Məmmədli, gümüş medal;
-75 kq – Rəşid Süleymanov, qızıl medal;
-84 kq – Turqut Həsənov, bürünc medal;
-84 kq – Fərid Şahbazlı, bürünc medal;
+84 kq – Asiman Qurbanlı, qızıl medal;
+84 kq – Vahid Həsənov, bürünc medal.

Qeyd edək ki, beynəlxalq turnirdə 28 ölkədən 2000-ə yaxın karateçi qüvvəsini sınayıb.

Millimizin bu turnirdə iştirakı və MDB oyunları öncəsi hazırlığı Gənclər və İdman Nazirliyinin dəstəyi əsasında baş tutub.

Azərbaycan karateçilərinin bu qələbəsi ölkəmizin idman potensialının ildən-ilə artdığını və beynəlxalq arenada daha da möhkəmləndiyini bir daha təsdiqləyir.

Turnirdə milli komandamız Azərbaycan Karate Federasiyasının baş məşqçisi Şahin Atamovun rəhbərliyi altında çıxış edib. Karateçilərimiz MDB oyunlarına hazırlıq məqsədilə təlim-məşqlərə də start veriblər.

Mənbə: Report.Az