Almaniya millisinin baş məşqçisi xəstəxanaya yerləşdirilib
Basketbol üzrə Almaniya millisinin baş məşqçisi Aleks Mumbru Avropa çempionatı öncəsi kəskin infeksiya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
“Report” xəbər verir ki, bu barədə milli federasiyanın mətbuat xidməti məlumat yayıb.
Mumbru avqustun 25-də xəstəxanaya yerləşdirilib və nə vaxt tam sağalacağı məlum deyil. Yığma müvəqqəti olaraq köməkçi məşqçi Alan İbraqimaqiçə tapşırılıb.
Qeyd edək ki, Almaniya seçməsi Avropa çempionatında ilk oyununu avqustun 27-də Monteneqroya qarşı keçirəcək. Turnir Kipr, Finlandiya, Polşa və Latviyada keçiriləcək və sentyabrın 14-də başa çatacaq.
Mənbə: Report.Az