Rauf Məhərrəmov: “Vətəndaş məmnunluğunun təmin edilməsini bələdiyyənin əsas vəzifəsi hesab edirik”
Rauf Məhərrəmov: “Vətəndaş məmnunluğunun təmin edilməsini bələdiyyənin əsas vəzifəsi hesab edirik”
“Bələdiyyə
olaraq bu gün seçicilərin arasında olmaq, onların üzləşdiyi problemlərin həlli
ilə məşğul olmaq, həmçinin irəli sürülən təklifləri iclasda müzakirəyə çıxarmağı
əsas vəzifəmiz hesab edirəm” – bu fikirləri
Ağdam rayonu Quzanlı bələdiyyəsinin sədri Rauf Məhərrəmov deyib.
Sədrin
sözlərinə görə, bu gün bələdiyyə tərəfindən həyata keçirilən layihələrin mütləq
əksəriyyəti məhz sakinlər tərəfindən qaldırılan məsələlərdir.
Vətəndaş
məmnunluğunun təmin edilməsini bələdiyyənin əsas vəzifəsi hesab edirik.
“Yaz
mövsümündən başlayaraq qəsəbənin sanitar
təmizlik səviyyəsinin daha da yüksəldilməsi daim bələdiyyənin diqqət mərkəzində
saxlanılır. Bu məqsədlə mütəmadi olaraq qəsəbə
ərazisində genişmiqyaslı təmizlik
işləri aparılır.” – bu fikirləri də adıçəkilən bələdiyyənin sədri Rauf Məhərrəmov
deyib.
Sədr
qeyd edib ki, məhəllədaxili və ara yollarda təmizlik işləri ilə yanaşı, həm də su ötürücülərinin
yenilənməsi aparılmaqdadır. Bələdiyyə
qulluqçuları, qəsəbə sakinlərinin və könüllülərin iştirak ilə həyata keçirilən
təmizlik işlərində küçə və prospektlərin
səki kənarlarının, bordyurların alaq otlarından, sahibsiz zibil tullantılarından təmizlənir.
Bununla
yanaşı Ağdam RİH-in təşəbbüsü ilə qəsəbənin “ferma yolu” deyilən ərazidə illər
öncə yaranmış zibil poliqonu bələdiyyənin təşkilatıçılığı ilə ləğv edilmiş və hazırda
ərazi daim nəzarətdə saxlanılır.
Sədr əlavə edib ki, illər öncə zibil
tullantıları ilə qalaqlanmış bu ərazi qəsəbə əhalisinə daim ciddi problem
yaratmaqla gediş gəlişə də çətinlik yaradırdı. Odur ki, bələdiyyə belə ağır bir
işin altında girərək 300 kv.m dən artıq ərazi artıq təmizlənmişdir.
Bununla
yanaşı bir çox küçələrə çınqıl tökülərək
yayılmışdır.
Bələdiyyə olaraq bundan sonra maliyyə imkanları daxilində ilin sonunadək daha bir neçə layihənin icrası nəzərdə tutulur.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/