“İnter”in futbolçusu digər İtaliya klubuna transfer olunub
İtaliyanın “İnter” kollektivinin yarımmüdafiəçisi Kristian Aslani digər A Seriyası təmsilçisi “Torino”ya transfer olunub.
“Report” Turin klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, albaniyalı futbolçu icarə əsasında cari mövsümün sonuna qədər “Torino”da çıxış edəcək.
Qeyd edək ki, 23 yaşlı oyunçu ötən mövsüm “İnter”in heyətində keçirdiyi 39 oyunda 3 qol vurub, 3 məhsuldar ötürmə verib.
Mənbə: Report.Az