DÜNYA

Hindistanda traktorla yük maşınının toqquşması nəticəsində 8 nəfər ölüb

Hindistanın Uttar-Pradeş ştatında zəvvarları daşıyan traktorun yük maşını ilə toqquşması nəticəsində azı 8 nəfər ölüb, 40 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə ANI agentliyi polisə istinadən məlumat yayıb.

Qeyd olunub ki, bütün yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Qəzanın mümkün səbəbləri barədə məlumat verilməyib.

Mənbə: Report.Az