Günel Ağayeva: “Bələdiyyə daim iclaslarında sakinlərin müraciətini diqqətdə saxlayır və həlli ilə bağlı ciddi addımlar atır”
Günel Ağayeva: “Bələdiyyə daim iclaslarında sakinlərin müraciətini diqqətdə saxlayır və həlli ilə bağlı ciddi addımlar atır”
“Məqsədimiz kənd sakinlərinə göstərilən xidmət səviyyəsini daim artırmaqdır”- bu fikirləri Qəbələ rayonu Nohurqışlaq bələdiyyəsinin sədri Günel Ağayeva deyib.
Sədrin sözlərinə görə, kən sakinlərinin müraciətinə əsasən kəndarası su kanalları təmizlənərək əhali əkin suyu təmin edilib.
Bununla yanaşı kəndin daimi su təminatının yaxşılaşdırılması məqsədi ilə müvafiq idarəyə 400 manat maliyyə vəsaiti köçürülüb.
Bələdiyyə həmçinin ehtiyacı olan kənd sakinlərini də unutmur. Bələdiyyə iclasının qərarı ilə
Mühasib Allahverdiyevə 100 manat, Naribə Abbasovaya 100 manat, Nəriman Məcidova 100 manat həcmində maddi yardım göstərilmişdir Bununla yanaşı Tüntül kənd sakini Bugday Kərimliyə səhhəti lə əlaqədar müalicəsinə 400 manat maliyyə vəsaiti ayrılmışdır.
Bələdiyyə daim öz iclaslarında sakinlərin müraciətini diqqətdə saxlayır və həlli ilə bağlı ciddi addımlar atır.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/