Füzuli rayonunda fəaliyyət göstərən bələdiyyələrin sədrləri və üzvləri üçün praktik təlim təşkil edilib
Füzuli rayonunda fəaliyyət göstərən bələdiyyələrin sədrləri və üzvləri üçün praktik təlim təşkil edilib
İyulun 4-də Ədliyyə Nazirliyinin Qarabağ regional ədliyyə idarəsi tərəfindən Füzuli rayonunda fəaliyyət göstərən bələdiyyələrin sədrləri və üzvləri üçün Horadiz şəhərində praktik təlim təşkil edilib.
Tədbirdə Qarabağ regional ədliyyə idarəsinin rəis müavini Yəhya Məmmədov bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin məcburi qaydada ödənilməsinin təmin edilməsi, bu məqsədlə yerli icra və probasiya şöbəsinə müraciət olunması, ödəniş işinin təqib (tracking) edilməsi üzrə sənəd nümunələri təqdim edib, konkret işlər üzrə təcrübəsini bölüşüb.
Təlimdə müvafiq sənədlərin tətbiqi üzrə praktik məşğələ keçirilib. İştirakçılar sənəd nümunələri ilə tanış olub, onların doldurulması və təqdim edilməsi ilə bağlı praktiki bacarıqlar əldə etməyə çalışıb, real təcrübələrə əsaslanan müxtəlif halları müzakirə edərək öz təcrübələrini bölüşüb və əməli məsləhətlər alıblar.
Təlim zamanı “İcra haqqında”, “İnzibati icraat haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanunları, habelə əlaqədar qanunaltı normativ hüquqi aktların ayrı-ayrı müddəaları müzakirə olunub.
Mənbə: Meneviyyat.Az/