DÜNYA

Fransada yanğınla mübarizə aparan helikopter qəzaya uğrayıb

Fransanın Finister departamentində yanğınla mübarizə zamanı “Morane 29” helikopteri qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, su götürən zamanı helikopter su səthinə toxunub və nəticədə helikopter gölə düşüb.

Qəza nəticəsində helikopterdə olan pilot və yanğınsöndürən kabinədən sağ-salamat sıxıb və üzərək sahilə gəlib.

Mənbə: Report.Az