Agcabədi bələdiyyəsində nöbvəti vətəndaş qəbulu keçirilib
Agcabədi bələdiyyəsində nöbvəti vətəndaş qəbulu keçirilib
Ağcabədi bələdiyyəsində vətəndaş qəbulu keçirilib. Bu barədə məlumat adıçəkilən
bələdiyyədən daxil olub. Qəbul zamanı sakinlərin müraciətləri şəhər bələdiyyəsinin
sədri İsmayıl Rəsulov tərəfindən dinlənilib, qaldırılan bir çox məsələlərin bələdiyyə
iclasında müzakirəyə çıxarılması nəzərdə tutulub. Sonuncu qəbul zaman 23 vətəndaş qəbul
olunub, problemləri dinlənilib.
Vətəndaşların əsas müraciətləri vergi ödənişləri, SMS-lərlə, habelə həyətyanı, əkin və örüş
torpaqlarının, habelə islahat komissiyalarının pay torpaq bölgüləri ilə bağlı
olub.
Vergi ödənişi ilə bağlı müraciətlərin bir qismi yerindəcə həllini
tapıb, digərlər məsələlər lə bağlı məqamların araşdırılması üçün aidiyyəti məsul
şəxslərə yönləndirilib.
Ağcabədi bələdiyyəsi tərəfindən olaraq vətəndaşlarla mütəmadi
əlaqələrin quruluması, vətənmdaş məmnunluğunun qorunması, həmçinin sosial
rifahının yaxşılaşdırılması istiqamətində işlər davam etdiriləcək.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/