DÜNYA

ABŞ Avropanın Ukrayna ilə bağlı təhlükəsizlik zəmanətlərini dəstəkləyəcək

ABŞ Prezidenti Donald Tramp Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsində Avropa ölkələrini dəstəkləyəcəklərini söyləyib.

“Report” xəbər verir ki, bu barədə Tramp jurnalistlərə Oval kabinetdə bildirib.

“Birincisi, Avropa onlara (Ukraynaya – red.) mühüm təhlükəsizlik təminatları verəcək və onlar yaxınlıqda olduqları üçün bunu etməlidirlər. Amma biz də dəstək baxımından iştirak edəcəyik, onlara kömək edəcəyik. Hesab edirəm ki, razılığa gəlsək və məncə, gələcəyik, böyük problemlər olmayacaq. Amma biz onları dəstəkləyəcəyik, çünki daha insanların öldürülməsini görmək istəmirəm”, – o deyib.

Mənbə: Report.Az