Laçının Sus kəndindəki məktəbin ilk məzunlarının hər biri tələbə adını qazanıb
İşğaldan azad olunmuş Laçın rayonunun Sus kəndində fəaliyyətə başlamış məktəbin ilk məzunlarının hər biri tələbə adını qazanıb.
Bu barədə MÜTDA məlumat verib.
Belə ki, 2024-2025-ci tədris ilinin sentyabrında işğaldan azad olunmuş Laçın rayonunun Sus kəndində fəaliyyətə başlamış Sus kənd tam orta ümumtəhsil məktəbini bitirən 3 məzunun hər biri tələbə adını qazanıb.
Mənbə: Turkustan.Az