Kamandar Zeynalov: “Sakinlərin hər bir müraciətini diqqətdə saxlamağı ozümüzə borc bilirik”
Kamandar Zeynalov: “Sakinlərin hər bir müraciətini diqqətdə saxlamağı ozümüzə borc bilirik”
“Bu gün əsas məqsədimiz büdcə gəlirlərimizi artırmaqla seçicilərimizə verdiyimiz sözü tütmaqdır”- bu fikirləri Sabunçu rayonu Bilgəh bələdiyyəsinin sədri Kamandar Zeynalov bildirib.
Sədr bildirib ki, hazırda BAMS-ın verdiyi imkanlardan istifadə edərək büdcə gəlirlərimizi artırmağa çalışırıq. Artıq ötən illə müqayisədə büdcə gəlirlərində artım hiss edilməkdədir.
Bununla yanaşı sakinlərin hər bir müraciətini diqqətdə saxlamağı ozümüzə borc bilirik. Odur ki, hər bir müraciət diqqətdə saxlanılır, həlli ilə bağlı addımlar atılır.
Sədr qeyd edib ki, Bilgəh qəsəbəsi, 28 may küçəsində sakinlərin müraciəti əsasında qrunt sularının arardan qaldırılması üçün əraziyə torpaq tökülərək yayılmışdır. Bununla yanaşı ərazi diqqətdə saxlanılaraq gələcəkdə digər layihələrin icrası da nəzərdə tutulur.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/