İDMAN

Azərbaycanın 3×3 basketbol millisi Dünya Qadın Seriyasının Səbail mərhələsinin1/4 finalına yüksəlib

Azərbaycanın 3×3 basketbol millisi Dünya Qadın Seriyasının Səbail mərhələsinin 1/4 finalına yüksəlib.

“Report” xəbər verir ki, Fəvvarələr Meydanında baş tutan yarışda yığma qrupda ikinci yeri tutub.

B qrupunda yer alan kollektiv ilk görüşdə Çexiyaya (15:17) uduzsa da, Filippinə qalib gəlib – 21:14.

Azərbaycan millisi sabah 1/4 finalda “Rapid” (Rumıniya) klubu ilə qarşılaşacaq.

Mənbə: Report.Az