Xocasən bələdiyyəsinin xanım sədrindən bayram təbriki
Xocasən bələdiyyəsinin xanım sədrindən bayram təbriki
Hörmətli Vüqar müəllim,
Sizi və Sizin timsalınızda “Bələdiyyə info” kollektivini, Azərbaycan
Milli Mətbuatının yaranmasının 150-ci ildönümü münasibəti ilə Xocəsən bələdiyyəsinin
üzvləri və qulluqçuları adından təbrik edir, hər birinizə can sağlığı və işlərinizdə
uğurlar arzulayıram.
Respublikamızın bələdiyyə institutlarının fəaliyyətinin
dolğun, obyektiv və operativ işıqlandırılmasında, ictimaiyyətin mütəmadi məlumatlandırılmasında,
problemlərin qaldırılaraq, onların həll olunması üçün aidiyyatı üzrə müraciətlərin
yönləndirilməsində yorulmadan fəaliyyət göstərirsiniz.
Bələdiyyələrdə görülmüş işlərin işıqlandırılması ilə yanaşı,
mövcud çatışmazlıqlar, yol verilmiş nöqsanlar da göstərilməklə, onların həll
olunması istiqamətində də fəal rol oynayırsınız.
Bələdiyyələrin fəaliyyətində qanunçuluğun möhkəmləndirilməsi,
metodoloji yardımların göstərilməsində zəhmətiniz danılmazdır.
Hörmətli Vüqar müəllim,
Respublika bələdiyyələrinin həyata keçirdiyi layihələrin
işıqlandırılmasında, onlar haqqında məlumatların ictiamaiyyətə operativ, dolğun
şəkildə çatdırılmasında Sizin müstəsna rolunuz var. Sizi bir daha Peşə
bayramınız münasibəti ilə təbrik edir, can sağlığı, gələcək fəaliyyətinizdə
uğurlar arzu edirəm.
Hörmətlə,
Xocəsən bələdiyyəsinin sədri, Nigar Məmmədova
Mənbə: Meneviyyat.Az/