Sumqayıt şəhərində növbəti iməcilik aksiyası təşkil olunub
Sumqayıt şəhərində növbəti iməcilik aksiyası təşkil olunub
Sumqayıt şəhərində abadlıq və təmizlik işlərinin gücləndirilməsi
məqsədilə növbəti iməcilik aksiyası təşkil olunub.
Şəhər İcra Hakimiyyətinin və Sumqayıt Bələdiyyəsinin birgə təşkilatçılığı
ilə 21-ci mikrorayonun “Şirvanşah” küçəsində keçirilən iməcilikdə
qurum əməkdaşları və könüllülər fəal iştirak ediblər.
Aksiya zamanı ərazi alaq otlarından, məişət tullantılarından
və yığılıb qalmış zibillərdən təmizlənib. Küçənin kənarlarında abadlıq işləri
aparılıb, yaşıllıqlara qulluq edilib, səkilərin kənarlarında səliqə-sahman
yaradılıb.
Məqsəd həm ərazinin ekoloji durumunu yaxşılaşdırmaq, həm də
şəhərdə yaşayan sakinlər üçün daha təmiz və rahat mühit yaratmaqdır. Eyni
zamanda belə aksiyalar şəhər sakinlərinin ictimai fəallığını artırmaq, onları
yaşadıqları məhəllənin abadlığına daha məsuliyyətlə yanaşmağa təşviq etmək
baxımından mühüm əhəmiyyət daşıyır.
Sumqayıt Bələdiyyəsindən verilən məlumata görə, bu tip iməciliklərin
şəhərin digər mikrorayonlarında da davam etdirilməsi nəzərdə tutulur. Şəhərin
simasının gözəlləşdirilməsi, insanların sağlam və komfortlu şəraitdə yaşaması
üçün görülən işlərin ardıcıl xarakter daşıyacağı vurğulanıb.
Sakinlər də aparılan təmizlik və abadlıq işlərini müsbət
qarşıladıqlarını bildirərək, belə təşəbbüslərin şəhərə yeni sima qazandırdığını
xüsusi qeyd ediblər.
Beləliklə, Sumqayıtda keçirilən iməcilik aksiyası bir daha
göstərdi ki, ictimai həmrəylik və birgə fəaliyyət şəhərin inkişafına və
abadlığına mühüm töhfə verir.
Sumqayıt Bələdiyyəsi
Mənbə: Meneviyyat.Az/