Sahil bələdiyyəsində vətəndaş qəbulu keçirilib
Sahil bələdiyyəsində vətəndaş qəbulu keçirilib
Qaradağ rayonu Sahil bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirilmişdir. Bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub.
Məlumatda qeyd edilir ki, qəbul zamanı şəhid ailələrinin, sakinlərin sosial-məişət məsələləri, torpaq və mülkiyyətlə bağlı sualları dinlənilmiş, səsləndirilən müraciətlərin operativ şəkildə araşdırılması və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi tapşırılmışdır.
Görüşdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunmuşdur.Qəbul zamanı bələdiyyə sədrinin müavini R.Hüseynov tərəfindən sakinlərə ətraflı izahat verilmiş və onların müraciətlərinə həssas yanaşılmışdır.
Yerli özünüidarəetmə orqanı olaraq vətəndaşların problemlərinin dinlənilməsi və onların həllinə dəstək verilməsi məqsədilə belə qəbulları mütəmadi şəkildə davam etdirməyi planlaşdırılır.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/