BƏLƏDİYYƏ

Sahil bələdiyyəsində vətəndaş qəbulu keçirilib 

Sahil bələdiyyəsində vətəndaş qəbulu keçirilib 

Qaradağ rayonu Sahil bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirilmişdir. Bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub. 

Məlumatda qeyd edilir ki, qəbul zamanı şəhid ailələrinin, sakinlərin  sosial-məişət məsələləri, torpaq və mülkiyyətlə bağlı sualları dinlənilmiş, səsləndirilən müraciətlərin operativ şəkildə araşdırılması və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi tapşırılmışdır.

Görüşdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunmuşdur.Qəbul zamanı bələdiyyə sədrinin müavini R.Hüseynov  tərəfindən sakinlərə ətraflı izahat verilmiş və onların müraciətlərinə həssas yanaşılmışdır.

Yerli özünüidarəetmə orqanı  olaraq vətəndaşların problemlərinin dinlənilməsi və onların həllinə dəstək verilməsi məqsədilə belə qəbulları mütəmadi şəkildə davam etdirməyi planlaşdırılır.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/