“Rezonans” Gənclərin İctimai Birliyinin layihə çərçivəsində tədbirləri davam edir – FOTOLAR
“Rezonans” Gənclərin İctimai Birliyinin Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Məhkum gənclərin sosial adaptasiya və peşə hazırlığı prosesində rəqəmsal platformalardan istifadə” layihəsi çərçivəsində tədbirlər davam edir.
QHT.az xəbər verir ki, 22 avqust 2025-ci il tarixində ““Rezonans” Gənclərin İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Məhkum gənclərin sosial adaptasiya və peşə hazırlığı prosesində rəqəmsal platformalardan istifadə” layihə çərçivəsində növbəti tədbir keçirilmişdir. Qeyd etmək lazımdır ki, ümumiyyətlə layihə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə əməkdaşlıq çərçivəsində keçirilir, bu tədbir isə həm də Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının iştirakı təşkil olunmuşdur.
Əvvəllər də məlumat verildiyi kimi, layihənin məqsədi məhz məhkum gənclərin rəqəmsal alətlər və dizayn proqramlarından istifadə edilməklə özünün və müəyyən dərəcədə də ailə üzvlərinin maddi təminatını ödəmək, əmək vətdişlərinə yiyələnmək, sosiollaşma və peşə hazırlığı kimi məsələlərin həllində, beləliklə də onun reabilitasiyası və gələcəkdə də adaptasiyasını şərtləndirmək və bu prseslərin müxtəlif rəqəmsal platformalarda yaymaqdır.
Layihə çərçivəsində keçirilən bu tədbirdə QHT-lər, gənclər təşkilatları, risk qrupun daxil olan gənclər və s. iştirak etmişlər. Tədbirdə açılış nitqi ilə çıxış edən “Rezonans” Gənclərin İctimai Birliyinin sədri Toğrul Abbasbəyli layihənin mahiyyəti, onun bir innovativ təşəbbüs olaraq gənclərin, xüsusilə risk qrupuna aid olanların tərbiyəsində əhəmiyyətindən və bu fəaliyyətin davamlı olamsı vacibliyi barədə məlumat verdi. Sonra, layihənin eksperti Əhməd Abbasbəyli “Məhkum gənclərin reabilitasiyası prosesində əməyə cəlb edilmə, peşə hazırlığı ilə bağlı fəaliyyətin rolu: Qanunvericiliyin tələbləri” mövzusunda ətraflı məlumat vermşdir. Daha sonra layihə çərçivəsində hazırlanmış saytın https://employment4p.info/ təqdimatı olmuşdur. Tədbir iştirakçıların çıxışları və mövzu ətrafında müzakirə ilə davam etdi. Müzakirələrdə “Bakı QHT-lərin Resurs və Təlim Mərkəzi” İB-nin sədri Rauf Zeyni və “VCU” MYM-nin sədri R. İsmayılov və digərləri çıxış edərək mövzunun əhəmiyyəti və məhkum gənclərin mülki cəmiyyətə adaptasiyası prosesində səmərəsi barədə danışdılar. Təlim prosesində gənclərin mövzu ilə bağlı çoxsaylı sualları cavablandırlmışdır.Tədbrirn sonunda layihə fəaliyyətində daha çox fərqlənən, təşkilatın işində yaxından iştiark edən gənclərə sertifikat təqdim edildi.
Mənbə: Turkustan.Az