Mürsəl Eminov: “Bu gün hər bir bələdiyyə maliyyə imkanları çərçivəsində sakinlərin qaldırdığı problemlərin həllinə nail olmalıdır”
Mürsəl Eminov: “Bu gün hər bir bələdiyyə maliyyə imkanları çərçivəsində sakinlərin qaldırdığı problemlərin həllinə nail olmalıdır”
“Bizim məqsədimiz vətəndaş məmnunluğunu
təmin etməkdir və fəaliyyətimiz bu istiqamətə yönəlib”- bu fikirləri Binəqədi bələdiyyəsinin
sədri Mürsəl Eminov deyib.
Sədrin
sözlərinə görə, hazırda sakinlərin müraciəti əsasında Əcəmi Naxçıvanı küçəsi 1
ünvanında məhəllədə abadlıq işləri həyata keçirilməkdədir. Layihə çərçivəsində məhəllədə dağılmış səki tirlərinin texnika ilə
çıxarılması və ərazidən daşınması işləri icra olunur.
Bununla
yanaşı ərazidə iki söhbətgahın
quraşdırılması da həyata keçirilməkdədir.
Sədr
qeyd edib ki, layihənin yaxın günlərdə başa çatdırılması nəzərdə tutulub.
Sədr
qeyd edib ki, bu gün hər bir bələdiyyə
maliyyə imkanları çərçivəsində sakinlərin qaldırdığı problemlərin həllinə nail
olmalıdır.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/