BƏLƏDİYYƏ

Kolatan bələdiyyəsi az müddət ərzində çox iş görüb, lakin…

Kolatan bələdiyyəsi az müddət ərzində çox iş görüb, lakin…

P.S.

 Həqiqətən yüksək səviyyədə hazırlanmış bir hesabatdır. Az müddət ərzində çox iş görülüb. Bu qədər işin az vaxt ərzində həyata keçirilməsi özü bir möcüzədir. Həyata keçirilən layihələrə 32.493 manat xərclənib. Böyük vəsaitdir. Və bu vəsaitin 21.493 manatı xeyriyyəçilərin vəsaiti hesabına, 11.000 manatı isə bələdiyyə sədri Rauf Cəbiyevin şəxsi vəsaiti hesabına ərsəyə gəlmişdir. Görülən işlər və həyata keçirilən layihələr üçün Kolatan bəladiyyəsinin büdcasinədən hec bir vəsait xərclənməmişdir. Ancaq prosesin bu şəkildə davam etməsi məqbul sayıla bilməz. Çünki bələdiyyə xərclədiyi vəsaiti qanunların verdiyi imkandan istifadə edərək özü qazanmalıdır. Konkret. Bunun üçün müvafiq qurumlar tərəfindən də son illərdə ciddi addımlar da atılıb. BAMS yaradılıb, onun ƏMDX məlumat sisteminə inteqrasiyasi həyata keçirilib. Üstəlik, SMS xidməti istifadəyə verilib. Bununla yanaşı elektron icra sistemi istifadədədir. Yənı, vergilərin yığılması üçün ciddi addımlar atılıb. Tövsiyə edərdim ki, bələdiyyə altı ay ərzində əldə etdiyi maliyyə vəsatinin hesabatını da təqdim etsin. Bələdiyyə sədri əsas diqqəti həm də vergi və rüsumların toplanılmasına yönəltməli və gələcək hesabatlarda da bu məqam öz əksini tapmalıdır. Konkret. Axı, bu həm də sədrin bilavasitə əsas vəzifələrindən biridir. Uğurlar

 

****

Kolatan bələdiyyəsi  hesabatını  təqdim edib

Masallı rayonu Kolatan bələdiyyəsinin sədri Rauf Cəbiyevin seçildiyi 01 may 2025-ci il tarixindən – 11 avqust 2025-ci il tarixinədək gördüyü işlər və həyata keçirdiyi layihələr barədə məlumat.

Mən, Rauf Cəbiyev Kolatan Bələdiyyəsinin sədri kimi fəaliyyətə başladıqdan sonra kəndlərin sosial problemlərinin həlli istiqamətində mühüm addımlar atılıb, bir çox layihələr həyata keçirmişik.

1.Azərbaycan Ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş Şəhidlərin 16 ədəd xatirə lövhələri dəyişdirilərək yenilənmişdir.

2.Kolatan kəndinin mərkəzində bələdiyyəyə məxsus torpaq sahəsində Azersell ASC ilə uzunmüddətli müqavilə bağlanaraq yeni stansiyanın qurulması məqsədi ilə 0.01 ha torpaq sahəsi icarəyə verilmiş və bunun üçün Kolatan bələdiyyəsinə illik 1000 manat icarə haqqı ödəniləcəkdir.

3.Sığdaş kəndinin dağ relyefində bələdiyyəyə məxus torpaq sahəsində Azersell ASC ilə uzunmüddətli müqavilə bağlanaraq yeni stansiyanın qurulması məqsədi ilə 0.01 ha torpaq sahəsi icarəyə verilmiş və bunun üçün Kolatan bələdiyyəsinə illik 1000 manat icarə haqqı ödəniləcəkdir.

4.Bədəlan-Kolatan-Sığdaş yolunun asvalt örtüyü cari təmir olunmuşdur.

5.Sığdaş kəndində yerləşən ağsaqqallar evi qaz xətti ilə  təmin olunmuşdur.

6.Kolatan-Sığdaş mərkəzi yolunun çiyin hissəsində avtomobillərin və piyadaların hərəkətinə təhlükə yaradan yüksək cərəyanlı elektrik dirəyi aidiyyatı üzrə Masallı Elektrik şəbəkəsinə tərəfimizdən müraciət olunaraq yeri dəyişdirilmişdir.

7.Böyük Kolatan və Sığdaş kəndlərinin giriş qapıları təmir olunmuşdur. 

8.Böyük Kolatan kəndinin mərkəzi yolunda 63 ədəd gecə işıqlandırma sistemləri yenilənmişdir.

9.Kolatan bələdiyyəsinin yeni ünvanda yerləşən iş otağları təmir olunmuşdur.  

10.Bələdiyyənin iş otağları kompüter və mebel avadanlığları ilə təchiz edilmişdir.

11.Ərazimizdə təmiz kənd-təhlükəsiz kənd layihəsi çərçivəsində 22 ədəd müşahidə kameraları quraşdırılıb. 

12.Sığdaş-Xanalion yolunun üzərində yerləşən məişət tullantıları poliqonunun sökülərək,ərazidən məişət tullantıları daşınmışdır. 

13.Kolatan bələdiyyəsinə daxil olan kəndlərin 14 km  mərkəzi və məhəllədaxili yolları məişət tullantıları və alağ otlardan təmizlənmişdir.  

14.Böyük Kolatan kəndinin mərkəzində “Kolatan Bələdiyyəsi”nin adını bildirən  lövhə quraşdırılıb.

15.Babakücə kənd məscidində işığ sayğacı quraşdırılması tərəfimizdən təmin olunub.

16.Böyük Kolatan kənd məscidi qaz sayğacı quraşdırılıb.

17.Böyük Kolatan kəndinin girişində olan ağaclar tərəfimizdən əhənglənmişdir.

18.Sığdaş kəndində yerləşən Şəhidlər bulağına 740 metr məsafədə su çəkilmişdir.

19.Kolatan bələdiyyəsi tərəfindən 1.2 km uzunluğu olan Kolatan-Xanalıyan yolu zəbtdən azad edilib,yola 115 yük maşını daş-çınqıl tökülərək hamarlanmış və yol vətəndaşların istifadəsinə verilmişdir.

20. 3 nəfər Böyük Kolatan,2 nəfər Bala Kolatan,1 nəfər Bağıroba,1 nəfər Sığdaş,1 nəfər Xanalıyan,1 nəfər Babakücə kənd sakinlərinə ümumilikdə 850 manat maddi yardım göstərilmişdir.

21.Zəbt etdiyi torpaq sahəsinin sənədləşdirilməsi üçün müraciət edən bir nəfər Xanalıyan,bir nəfər Babakücə,dörd nəfər Bala Kolatan və bir nəfər Böyük Kolatan kənd sakinlərinin sənədləri toplanılaraq ƏMDX-nin 8 saylı Cəlilabad Ərazi idarəsinə təqdim edilmişdir.

22.Kolatan bələdiyyəsində 9 kitab və 7 qovluğ kargüzarlığ sənədləri mövcuddur.

23.Əmlak,torpaq və icarə vergilərinin ödənilməsi məqsədi ilə 1430 vətəndaşa bildiriş təqdim edilib.

24.Kolatan Bələdiyyəsinin büdcəsinə ümumilikdə 11926 AZN əmlak,torpaq və icarə vergisi ödənilmişdir.

25.Sığdaş-Xanalıyan yolunun kənarında 370 metrlik vətəndaşlara məxsus qanunsuz hasar sökülərək bələdiyyəyə məxsus 0.53 ha torpaq sahəsi zəbtdən azad olunmuşdur.

26.Xanalıyan kəndində 150 metr uzunluğunda qanunsuz hasar sökülərək mərkəzi yolun piyadalar üçün nəzərdə tutulan hissəsi zəbtdən azad olunub.

27.53 hektar bələdiyyəyə məxsus torpaq sahəsindən istifadə edən vətəndaşlar bələdiyyəyə dəvət olunaraq onlarla profilaktik söhbətlər aparılıb.Onların uzunmüddətli müqavilələrinin ləğv olunacağı barədə və qanunamüvafiq qaydada yeni müqavilələrin bağlanılacağı barədə məlumat verilmişdir.

28.Kolatan bələdiyyəsinə daxil olan Böyük Kolatan,Bala Kolatan,Bağıroba,Sığdaş,Babakücə,Ninəlov və Xanalıyan kənd sakinləri ilə ümumilikdə 31 kollektiv görüş keçirilmişdir.

Görüşlərin keçirilməsində məqsəd  əmlak və torpaq vergilərinin ödənilməsi,zəbt olunmuş torpaqların zəbtdən azad olunması,məişət tullantılarının müəyyən olunmamış urnadan kənar yerlərə atmamaları,suötürücü kanalların zəbtdən azad edilməsi kimi məsələlər müzakirə olunmuşdur.

29. Babakücə kəndində Şəhid ailəsinin yaşadığı evdə cari təmir işləri həyata keçirilib.

Qeyd edək ki, 01 may 2025-ci il tarixdən 11 avqust 2025-ci il tarixinədək Kolatan bələdiyyəsi tərəfindən görülən işlərə xərclənən 32.493 manat vəsaitin 21.493  manatı xeyriyyəçilərin vəsaiti hesabına, 11.000 manatı isə mən,bələdiyyə sədri Rauf Cəbiyevin şəxsi vəsaiti hesabına ərsəyə gəlmişdir. Görülən işlər və həyata keçirilən layihələr üçün Kolatan bəladiyyəsinin büdcasinədən hec bir vəsait xərclənmişdir.

30. Babakücə-Ninalov yolunda cari təmir işləri həyata keçirilib.

31. Ninəlov kəndində transformatorun təmir olunması məqsədilə tərəfimizdən Masallı Elektrik şəbəkəsinə müraciət olunub və transformator təmir olunub.

P.S .S  Bələdiyyə fəaliyyətimizin əsas prioritetlərindən biri kəndlərin sosial-iqtisadi inkişafına dəstək göstərmək,ərazidə yaşayan sakinlərin müxtəlif problemlərinin həllində onlara yardımçı olmaq,eləcə də ətraf mühitin qorunmasına xidmət etməəkdir.

Bu məqsədlə ərazimizdə həyata keçirilən təmizlik,abadlıq və quruculuq işlərində fəal iştitak edirik.Ekoloji tarazlığın qorunması,ətraf mühitin təmiz saxlanması üçün mütəmadi olaraq iməciliklər təşkil olunur.Bələdiyyə üzvləri və könüllülər bu işlərdə yaxından istirak edərək vətəndaş məsuliyyətinin aşılanmasına töhfə verirlər.Eyni zamanda,fəaliyyətimizin mühüm istiqamətlərindən biri də Vətən müharibəsi iştirakçılarına və Şəhid ailələrinə göstərilən diqqət və qayğıdır.Bələdiyyəmiz Ərazi nümayəndəliyi ilə birgə mütəmadi olaraq Şəhid ailələrini ziyarət edir,onların qayğı və problemləri ilə yaxından maraqlanır,müxtəlif məsələlərin həllində dəstək göstərməyə çalışır.Bu istiqamətdə atılan hər bir addım xalqımıza və torpağımıza olan vəfa borcumuzun təzahürüdür.      

R.Cəbiyev

Masallı rayonu  Kolatan bələdiyyəsinin sədri                     

Mənbə: Meneviyyat.Az/