İDMAN

Azərbaycanlı mütəxəssis Beynəlxalq Məşqçilik Kursuna qəbul olunub

Basketbol üzrə U-12 Liqasında “Ordu” klubunun baş məşqçisi olan, eyni zamanda Bakı Basketbol Akademiyasında məşqçilik edən Ləman İbrahimova Macarıstan İdman Elmləri Universitetində təşkil olunan Beynəlxalq Məşqçilik Kursuna qəbul olunub.

Bu barədə “Report”a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.

O, adıçəkilən universitetdə kursa qəbul olunan ilk azərbaycanlı məşqçidir.

Qeyd edək ki, proqram Beynəlxalq Olimpiya Komitəsinin “Olympic Solidarity” dəstəyi ilə həyata keçirilir.

Mənbə: Report.Az