Azərbaycanda internetin çökməsi ilə bağlı açıqlama – RƏSMİ
Xəbər verdiyimiz kimi, ölkə ərazisində internetlə bağlı problem yaşanır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, hazırda problemin səbəbi ilə bağlı araşdırma aparılır, ictimaiyyətə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, problem həm provayderlərdə, həm də mobil operatorlarda müşahidə edilir. Bəzi istifadəçilərdə sosial şəbəkələr açılsa da, digərlərində, ümumiyyətlə, heç bir internet resursuna giriş mümkün deyil.
Mənbə: Turkustan.Az