Rayonun Sincanboyad kəndində avtobus dayanacağı təmir olunub
Rayonun Sincanboyad kəndində avtobus dayanacağı təmir olunub
Şabran bələdiyyəsi
olaraq əhalinin rahatlığı, ictimai nəqliyyatdan təhlükəsiz və səmərəli istifadəsinin
təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə Sincanboyad kəndi
ərazisində yol kənarında yerləşən avtobus dayanacağında təmir-bərpa işləri
aparılıb.
Layihə çərçivəsində
dayanacağın köhnəlmiş konstruksiyaları yenilənib, oturacaqlar bərpa olunub, ətraf
əraziyə səliqə verilib. Təmir işləri nəticəsində sakinlərin gündəlik gediş-gəliş
şəraiti daha da yaxşılaşdırılıb, məktəblilərin və digər vətəndaşların nəqliyyatdan
istifadəsi üçün daha təhlükəsiz və komfortlu mühit yaradılıb.
Bələdiyyə
olaraq məqsədimiz kəndlərimizin sosial infrastrukturunu daim inkişaf etdirmək,
vətəndaşların gündəlik həyatında rahatlığı təmin etməkdir.
Şabran bələdiyyəsi
Mənbə: Meneviyyat.Az/