Əlfəddin Həsənov:” Bu gün hər bir bələdiyyə vətəndaş məmnunluğunun təmin edilməsinə öz töhfəsini verməlidir”
Əlfəddin Həsənov:” Bu gün hər bir bələdiyyə vətəndaş məmnunluğunun təmin edilməsinə öz töhfəsini verməlidir”
“Sabunçu
bələdiyyəsi olaraq əsas vəzifəmiz sakinlərin müraciətlərini diqqətdə saxlamaq və
həlli ilə bağlı addım atmaqdır”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Əlfəddin
Həsənov bildirib.
Sədr
bildirib ki, bələdiyyə aid olan müraciətlərin hər biri bələdiyyə iclasında
müzakirəyə çıxarıllr. Bələdiyyə üzvlərinin yekdil qərarı ilə bu müraciətlər öz
həllini tapır.
Bu
günlərdə məhz sakinlərin kollektiv müraciəti əsasında qəsəbənin Əmir Bağırov
küçəsində 4000 kv.m əraziyə asfalt vurulub. Bununla yanaşı küçədə təmizlik işləri
aparılmışdır.
Sakinlər tərəfindən bələdiyyənin bu layihəsinin
razılıqla qarşılandığını qeyd edın sədr bildirib ki, maliyyə imkanları çərçivəsində
Sabunçu bələdiyyəsi ilin sonunadək daha bir neçə ünvanda bu tipli layihə icra
etmək niyyətindədir.
Əlfəddin
Həsənov bildirib ki, bu gün hər bir bələdiyyə vətəndaş məmnunluğunun təmin
edilməsinə öz töhfəsini verməlidir.
Belediyye.info
Mənbə: Meneviyyat.Az/