SİYASƏT

Ukrayna səfirliyi: Azərbaycan müharibənin ilk günlərindən xalqımıza dəstək göstərib

Ukrayna səfirliyi müharibənin əvvəlindən göstərdiyi humanitar yardıma görə Azərbaycana təşəkkür edib.

“Report” xəbər verir ki, Ümumdünya Humanitar Yardım Günü münasibətilə “X” sosial şəbəkəsində bununla bağlı paylaşım edilib.

“Biz ən çətin vaxtlarda bəşəriyyəti müdafiə edən və dəstəkləyənlərin xatirəsini ehtiramla anırıq. Ukrayna üçün bu gün xüsusi əhəmiyyət kəsb edir”, – paylaşımda qeyd olunub.

Səfirlikdən bildiriblər ki, Ukrayna ilə həmrəylik nümayiş etdirən beynəlxalq və ictimai təşkilatların, donor ölkələrin, biznes strukturların və sadə insanların humanitar dəstəyi çətinlikləri aradan qaldırmağa imkan verir.

“Müharibənin ilk günlərindən Ukraynaya dəstək göstərən dost Azərbaycana, onun rəhbərliyinə və bütün xalqınıza xüsusi təşəkkürümüzü bildiririk. Xüsusilə enerji sahəsində göstərilən humanitar yardıma, eləcə də müharibədən zərər çəkmiş uşaqların reabilitasiya proqramlarına görə Sizə səmimi qəlbdən təşəkkürümüzü bildiririk”, – paylaşımda vurğulanıb.

Mənbə: Report.Az