Tramp: Zelenski Krımdan və NATO üzvlüyündən imtina etməklə münaqişəyə son qoya bilər
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski Krımdan imtina etməklə və ölkənin NATO-ya daxil olmaq ideyasından əl çəkməklə Rusiya-Ukrayna münaqişəsini, demək olar ki, dərhal dayandıra bilər.
“Report”un məlumatına görə, ABŞ lideri bu barədə “Truth Social”da yazıb.
“Ukrayna Prezidenti Zelenski istəsə, Rusiya ilə müharibəyə, demək olar ki, dərhal son qoya bilər, ya da döyüşməyə davam edə bilər. Hər şeyin necə başladığını xatırlayın. Obama Krımı Rusiyaya vermişdi (12 il əvvəl, bir güllə belə atılmadan!), bunu artıq geri qaytarmaq mümkün deyil və Ukrayna NATO-ya daxil ola bilməz. Bəzi şeylər heç vaxt dəyişmir”, – deyə paylaşımda qeyd olunub.
Mənbə: Report.Az