Azərbaycanın 3×3 basketbol millisinin Dünya Qadın Seriyasında Səbail mərhələsindəki rəqibləri müəyyənləşib
Azərbaycanın 3×3 basketbol millisinin Dünya Qadın Seriyasında Səbail mərhələsindəki rəqibləri müəyyənləşib.
“Report” xəbər verir ki, avqustun 22-dən 24-dək Bakıda keçiriləcək turnirdə yığma B qrupunda Çexiya və Filippin seçmələri ilə yarışacaq.
Millinin qrupdakı ilk oyunu avqustun 23-də saat 18:30-da Çexiyaya, ikinci sınağı isə isə saat 20:10-da Filippinə qarşı olacaq.
Qeyd edək ki, qrupda ilk iki yeri tutmuş komandalar 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar
Mənbə: Report.Az