Abdullah Əl-Vaşmi: Azərbaycanda “Ərəb dili ayı”nın keçirilməsi uzunmüddətli əməkdaşlığın nəticəsidir
Azərbaycanda “Ərəb dili ayı”nın keçirilməsi uzunmüddətli əməkdaşlığın nəticəsidir.
“Report”un müxbiri xəbər verir ki, bunu Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının baş direktoru professor Abdullah Əl-Vaşmi Bakıda “Ərəb dili ayı”nın açılış mərasimində bildirib.
“Xalqlarımız arasında mədəni əlaqələrin əhəmiyyətini vurğulamaq üçün bura toplaşmışıq. Ərəb poeziyasını və ya qədim ərəb əsərlərini oxuyan hər kəs həmişə Azərbaycanla bağlı məqamlara rast gəlir”, – o bildirib.
Direktorun sözlərinə görə, akademiya azərbaycanlı tələbələrin və mütəxəssislərinin ərəb dilini öyrənməyə göstərdikləri marağı yüksək qiymətləndirir.
“Biz universitetlərin və təcrübəli müəllimlərin ciddi yanaşmasının şahidi oluruq və bu, əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycanda “Ərəb dili ayı”nın keçirilməsi uzunmüddətli əməkdaşlığın nəticəsidir. Biz daha dərin münasibətlərdə və müxtəlif proqramların həyata keçirilməsində maraqlıyıq”, – o əlavə edib.
Mənbə: Report.Az