Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunub
Azərbaycan Yazıçılar Birliyinin üzvü Vidadi Babanlı Qazaxda dəfn olunub.
“Report”un Qərb bürosunun məlumatına görə, V.Babanlı rayonun Birinci Şıxlı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, V.Babanlı ötən gün 98 yaşında dünyasını dəyişib.
O, həmçinin “Qazax” Xeyriyyə İctimai Birliyinin Fəxri üzvü, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü idi.

Mənbə: Report.Az