BƏLƏDİYYƏ

Nəsib İsmayılov: “Bələdiyyənin yeni layihəsini sakinlər razılıqla qarşılayıblar”

Nəsib İsmayılov: “Bələdiyyənin yeni layihəsini sakinlər razılıqla qarşılayıblar”

“Son
vaxtlar qəsəbədə  sahibsiz itlər həddən
artıq artmışdı.
Qəsəbənin hər yerində küçə itlərini görmək mümkün idi. Sahibsiz küçə itləri
həm də yoluxucu xəstəliklərin yayıcılarıdır. Onlar psixoloji olaraq da sakinlərə
mənfi təsir edir, insanlarda narahatlıq yaradır”- bu fikirləri Suraxanı rayonu Bülbülə bələdiyyəsinin
sədri Nəsib İsmayılov deyib.

Sədr qeyd edib ki, sakinlərin müraciəti və Bülbülə bələdiyyəsinin təşəbbüsü ilə bu
günlərdə
qəsəbədə sahibsiz küçə itlərinin  yığılması ilə bağlı  Balaxanı qəsəbəsində yaradılan “Toplan”
sahibsiz itlərə qayğı mərkəzinə müraciət edilib.

Bələdiyyənin müraciətini diqqətdə saxlayan mərkəzin əməkdaşları
bir gün ərzində qəsəbədə keçirdikləri reyd zamanı 70 qədər sahibsiz iti yığaraq mərkəzin
saxlanc yerlərinə aparıblar.

Bələdiyyənin
təşkilatçılğı ilə keçirilən bu tədbiri sakinlər razılıqla qarşılayıblar. Sədr qeyd edib ki, bu gün  sahibsiz itlərin Bülbülə qəsəbəsində sakinlərə
real təhlükəsi artıq aradan qaldırılıb.

Qeyd
edək ki, “Toplan” sahibsiz itlərə qayğı mərkəzi Heydər Əliyev Fondunun və Bakı
Şəhər İcra Hakimiyyətinin sahibsiz itlərlə işin təkmilləşdirilməsi üzrə birgə
layihəsi çərçivəsində təsis edilib.

Bununla yanaşı sədr bildirib ki, bələdiyyə vətəndaş müraciətlərini diqqətdə saxlayır və həlli ilə bağlı daim  addımlar atır.  Bu gün bələdiyyəyə şifahi və yazılı formada ay ərzində onlarca müraciətlər daxil olur, həmçinin  sakinlər bələdiyyənin inzibati binasında bələdiyyənin rəsmiləri tərəfindən qəbul olunurlar. 

Sədr qeyd edib ki, Bülbülə bələdiyyəsində  bu cür addımların atılması həm də vətəndaş məmnunluğunun təmin edilməsində mühüm rol oynayır.

Belediyye.info

Mənbə: Meneviyyat.Az/