BƏLƏDİYYƏ

İclas bələdiyyə üzvlərinin iştirakı ilə baş tutub

İclas bələdiyyə
üzvlərinin iştirakı ilə baş tutub

“Ağalıq bələdiyyəsində
üzvlərin iştirakı ilə  bələdiyyənin
altıaylıq fəaliyyəti müzakirə olunub”- bu fikriləri adıçəkilən bələdiyyənin sədri
Elnur Beybalayev deyib.

 Bələdiyyənin
altıaylıq fəaliyyəti ilə bağlı məqamlar üzvlər tərəfindən  birmənalı şəkildə qəbul edilib.

 Sədr Elnur
Beybalayev hazırda bələdiyyənin əsas fəaliyyət istiqamətlərindən biri vergi
yığımı ilə bağlı məqamları sürətləndirmək və 
digər isə ərazidə təmizlik işlərinin aparılmasına nail olmaqdır. Hazırda
Təzəkənd və Ağalıq kəndlərində maşın-mexanizmlərin dəstəyi ilə ərazidə təmizlik
işləri aparılmaqdadır.

 Təzəkənd qəbirstanlığında
zibil quyular təmizlənərək genişləndirilib. O cümlədən hər iki kənd ərazisində
yeni tullantı quyuları qazılaraq istifadəyə hazır vəziyyətə gətirilib.

 İclasda
iştirak edən hər bir üzv öz təklif və tövsiyələrini veriblər.

İclas
başlamamışdan əvvəl isə bələdiyyə üzvlərinin vəsiqələri paylanılıb. İclas sonda
çay süfrəsi ilə davam edib.

Belediyye.info


Mənbə: Meneviyyat.Az/