İrandan yeni dəhliz açıqlaması: “Bakı və İrəvan buna razılaşdı”
“Azərbaycan və Ermənistan yaxın zamanda bir sənəd imzaladı, beləliklə, Zəngəzur dəhlizi məsələsi gündəmdən çıxarıldı”.
Turkustan.az xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mohecirani deyib.
Tehran rəsmisi qeyd edib ki, ekstraterritorial dəhliz layihəsi ilə bağlı son qərar əsas dəyişikliklərdən biridir:
“Onun əvəzinə Ermənistanın suverenliyi və nəzarəti altında tranzit marşuru açılacaq. Bu, tam ağlabatan və müsbət dəyişiklikdir. Bir daha vurğulayırıq ki, xarici qüvvələrin müdaxiləsi regionda sülh və sabitlik üçün uzunmüddətli mənfi nəticələrə səbəb ola bilər”./Globalinfo.az
Mənbə: Turkustan.Az