Ədliyyə naziri Fərid Əhmədov 18 iyul tarixində Quba şəhərində vətəndaşları qəbul edib.
Ədliyyə naziri Fərid Əhmədov 18 iyul tarixində Quba şəhərində vətəndaşları qəbul edib.
Qəbuldan
əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül
dəstəsi qoyub.
Qəbulda
Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayon sakinlərinin ədliyyə fəaliyyəti
ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin
bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə
isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı
nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq
tapşırıqlar verilib.
Qəbul
mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri
tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata
keçirilib.
Mənbə: Meneviyyat.Az/